İsmayıllıda evlər və mağazalar yandı - Video - Fotolar

ismayillida-evler-ve-magazalar-yandi
Oxunma sayı: 4810

İsmayıllıda fərdi evdə başlayan yanğın geniş əraziyə yayılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Cavanşir küçəsində qeydə alınıb.

Alov yaxınlıqdakı mağazalara da keçib. Nəticədə 2 ev və iki mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.