İspaniya koronavirusa yoluxmaların sayına görə İtaliyaya çatır

ispaniya-koronavirusa-yoluxmalarin-sayina-gore-italiyaya-catir
Oxunma sayı: 1262

Son bir gündə İspaniyada 8 min nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 110,238-ə çatıb. Bununla da yoluxma hallarının sayına görə İspaniya cüzi fərqlə İtaliyadan (110,574) geri qalır.

İspaniyada 6 mindən çox insan reanimasiya şöbəsinə yerləşdirilib, ümumilikdə 26,700 nəfər müalicə olunaraq sağalıb. Xəstəlikdən həyatını itirənlərin sayının isə 10,003-ə çatdığı bildirilib.

İspaniya hökuməti ölkədə həyati əhəmiyyət daşımayan bütün fəaliyyətləri 9 aprelə qədər dayandırmaq qərarı verib.