İspaniya koronavirusdan ölənlərin sayına görə Çini keçdi

İspaniya koronavirusdan ölənlərin sayına görə Çini keçdi
Oxunma sayı: 5239

İspaniyada koronavirusdan ölənlərin sayı daha 454 nəfər artaraq 3445 nəfərə çatıb.

"Qafqazinfo" "Worldometers.info" saytına istinadən xəbər verir ki, bununla İspaniya koronavirusdan ölənlərin sayına görə Çini (3281) geridə qoyub.

Ölkədə ümumilikdə 47611 nəfər koronavirusa yoluxub.

Qeyd edək dünya üzrə koronavirusa yoluxanların sayı 460 min 658-ə çatıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi