İspaniya, yoxsa Argentina? - Dünya çempionu bu gecə bəlli olacaq

ispaniya-yoxsa-argentina
Oxunma sayı: 1577

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq.

Nyu-York şəhərindəki “MetLife” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.