İsrail Hərbi Hava Qüvvələri Tehranın strateji əhəmiyyətli “Mehrabad” hava limanına onuncu dalğa çərçivəsində genişmiqyaslı hava zərbələri endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində hava limanı ərazisində yerləşən və İsrail aviasiyası üçün təhlükə yaradan hava hücumundan müdafiə (HHM) və radar sistemləri tamamilə sıradan çıxarılıb. İsrail tərəfi bu addımın Tehran üzərində hava üstünlüyünü təmin etmək və rejimin hərbi infrastrukturunu iflic etmək məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, “Mehrabad” hava limanı həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunan mühüm logistik qovşaqdır. Fevralın 28-dən başlayan ABŞ-İsrail müştərək əməliyyatı artıq dördüncü gündür ki, davam edir və bu müddət ərzində İranın bir çox strateji nöqtələri, o cümlədən nüvə mərkəzləri və komanda məntəqələri ağır zərbələrə məruz qalıb.
Məlumat üçün bildirək ki, İsrail Hərbi Hava Qüvvələri ötən gün də hava limanına zərbələr endirmişdi.
Son xəbərlər
Son Xəbərlər