İsrail prezidenti Türkiyəyə səfər edəcək

israil-prezidenti-turkiyeye-sefer-edecek
Oxunma sayı: 1810

İsrail Prezidenti İsaak Herzoq Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV-yə müsahibəsində deyib.

“İsraillə təbii qaz daxil olmaqla, hər mövzuda addım atmağa hazırıq. Prezident Herzoqun fevralın əvvəlində səfəri gündəmdədir. Bu səfərlə İsrail-Türkiyə əlaqələrində yeni bir mərhələ başlaya bilər”, - Ərdoğan qeyd edib.