İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxs həbs olunub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail polisi yayıb.
“İran kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən İsrail vətəndaşı yüksəkvəzifəli israilli şəxs haqqında kəşfiyyat məlumatları topladığına görə həbs edilib. Polis və Ümumi Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı çərçivəsində son həftələrdə Fares Əbu Əl-Hica adlı həmin ölkə vətəndaşı həbs edilərək dindirilib. Dindirilmə zamanı məlum olub ki, şübhəli şəxs xarici agentlə əlaqə saxlayıb, onun İran kəşfiyyatı ilə bağlı olduğunu güman edib və müxtəlif tapşırıqların yerinə yetirilməsinə görə ondan pul alıb, o cümlədən İsrail dövlətinin təhlükəsizliyinə zərər vurmaq məqsədilə kəşfiyyat məlumatları toplayıb. Xarici agentin İran kəşfiyyatına aid olduğu müəyyən edilib”, - bəyanatda deyilir.
Şübhəli şəxsin yüksəkvəzifəli şəxsə qarşı kəşfiyyat missiyası yerinə yetirərkən saxlanıldığı bildirilir. İstintaqın nəticələrinə əsasən, fevralın 16-da həmin şəxsə qarşı ittiham irəli sürülüb.
Son xəbərlər
Son Xəbərlər