İsrailin Baş nazirinə güllə gilizli təhdid məktubu göndərildi

israilin-bas-nazirine-gulle-gilizli-tehdid-mektubu-gonderildi
Oxunma sayı: 5930

İsrailin Baş naziri Naftali Bennetin evinə içərisində güllə gilizinin olduğu təhdid məktubu göndərilib.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə İsrail İctimai Yayım Korporasiyası məlumat yayıb.

Qeyd edilib ki, İsrail polisi məsələ barədə araşdırmalara başlayıb.

Təhdid məktubuna Bennet öz tviter hesabında münasibət bildirib.

"Siyasi qarşıdurma nə qədər dərin olsa da, zorakılıq və ölüm təhdidləri səviyyəsinə yüksəlməməlidir", - o vurğulayıb.