İsrail ordusunun Livanın müxtəlif bölgələrinə, xüsusilə cənub və şərq ərazilərinə endirdiyi intensiv hava zərbələri nəticəsində mülki itkilərin sayı kəskin artıb.
“Qafqazinfo” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, Livanın səhiyyə naziri Nasir ad-Din son sutka ərzində ölənlərin sayının 394-ə yüksəldiyini açıqlayıb.
Nazir qurbanların tərkibi ilə bağlı statistik məlumatları da paylaşıb:
“İsrailin hücumları nəticəsində həlak olan 394 nəfərdən 33-ü uşaq, 32-si isə qadındır. Yaralanan 1160 nəfər arasında isə 24 uşaq və 24 qadın var”.
Məlumata görə, əməliyyatların coğrafiyası genişlənərək təkcə “Hizbullah”ın mövqelərini deyil, həm də yaşayış məntəqələrini hədəf alır. Xüsusilə Livanın şərqindəki Nəbi Şit qəsəbəsinə endirilən son zərbələr dağıntıların miqyasını daha da artırıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı əməliyyatdan sonra “Hizbullah”ın İsrailə raket zərbələri endirməsi ilə Livan cəbhəsi də şiddətli müharibə zonasına çevrilib. Ölkə üzrə 80 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Son xəbərlər
Son Xəbərlər