İstanbulda nə baş verir? - Yenilənir+Video

istanbulda-ne-bas-verir-
Oxunma sayı: 11103

Türkiyənin İstanbul şəhərində körpülər bağlanıb.

Qafqazinfo” haberturk-ə istinadən xəbər verir ki, Boğaziçi və Fatih Sultan Mehmet körpülərində maşınların giriş-çıxışı qadağan edilib.

Körpülər üzərində uzun tıxaclar yaransa da rəsmi şəxslər bununla bağlı hələ ki, heç bir açıqlama verməyiblər.

Videolardan mühafizə işlərinə əsgərlərin cəlb edildiyi görünür. Türkiyə vətəndaşlarının sosial şəbəkələrdə yaydıqları məlumatlara görə, Ankarada da döyüş təyyarələri alçaq uçuşlar həyata keçirirlər.

***

Son məlumatlara görə, Atatürk aeroportuna tanklar yeridilib. Türkiyə Baş Qərargah İdarəsi istiqamətində təcili tibbi yardım maşınları hərəkət edir. Daha əvvəl yayılan xəbərə görə isə sözügedən əraziyə vertolyotdan zərbə endirilib.

***

Ankarada partlayış səsi eşidilib. Qızılay və ona yaxın ərazidə yaşayanlar silah səslərinin eşidildiyini deyirlər.