İstirahət günü hava necə olacaq?

istirahet-gunu-hava-nece-olacaq
Oxunma sayı: 1525

Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti təşkil edəcək. Bakıda  gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer  təzyiqi  766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, bəzi yerlərdə duman, gecə və səhər şərq rayonlarında çiskin olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18°  isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti  olacaq.