İstirahət mərkəzində dini mərasim keçirildi, sahibkar cərimələndi

istirahet-merkezinde-dini-merasim-kecirildi-sahibkar-cerimelendi
Oxunma sayı: 4305

Ağdaşın Dəhnəxəlil kəndində yerləşən “Halal” ailəvi istirahət mərkəzində qanunsuz dini mərasim təşkil olunub.

“Qafqazinfo”nun məlumatına görə, 22 nəfər həmin yerdə toplaşaraq dini müzakirələr aparıblar, bundan sonra isə kütləvi şəkildə ibadət ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olandan sonra araşdırma aparılıb. 

Obyektin sahibi Anar Rəhimov əməlində heç bir qanun pozuntusu olmadığını düşünərək bu toplantını təşkil etdiyini deyib.

İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsi (dini mərasimlərin təşkili qaydalarının pozulması) ilə obyekt sahibinə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 1500 manat cərimə olunub.

Amin Nəzərli