İtaliyada 101 yaşlı kişi koronavirusdan sağaldı

italiyada-101-yasli-kisi-koronavirusdan-sagaldi
Oxunma sayı: 2085

İtaliyada daha əvvəl koronavirusa yoluxan 101 yaşlı kişi sağalıb. “Qafqazinfo” “Sky TG24” telekanalına istinadən xəbər verir ki, o, Rimini şəhərində xəstəxanadan evə buraxılıb.

Yaşlı kişi ötən həftə xəstəxanaya yerləşdirilmişdi. “Bu, həkimlər, tibb bacıları, bütün tibb personalı üçün əsl pozitiv tarixçə oldu”, - “TASS” yerli hakimiyyət nümayəndəsi Qloriya Lizinin sözlərini sitat gətirir.

O, kişinin sağalmasını “gələcəyə ümid” adlandırıb.