İtaliyada koronavirusa yoluxanların sayı 300-ü keçdi

italiyada-koronavirusa-yoluxanlarin-sayi-300-u-kecdi
Oxunma sayı: 1436

İtaliyada koronavirusa yoluxanların sayı artaraq 300-ü keçib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə ərazisində 322 nəfərdə Covid-19-a rast gəlinib. Ölənlərin sayı isə 11-ə yüksəlib.

Qeyd edək ki, hazırda İtaliyada virusdan ölüm səviyyəsi 2-3% təşkil edir. Ölüm halları əsasən yaşlı insanlarda müşahidə olunur.