İti vurmaqdan yayınan maşın ağır qəzaya düşdü - Video

iti-vurmaqdan-yayinan-masin-agir-qezaya-dusdu
Oxunma sayı: 4658

Bakıda gecə saatlarında sürətli yoldan keçən iti vurmaq istəməyən sürücü ağır qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, aeroport yolu kimi tanınan prospektdə baş vermiş qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən sürətlə hərəkət edən avtomobilin qarşısına qəfil şəkildə itin çıxması və heyvanı vurmaq istəməyən sürücünün idarəetməni itirərək nəqliyyat vasitəsini əvvəlcə yolun ortasındakı, daha sonra sağ kənardakı metal çəpərlərə çırpması əks olunub.

Həmin görüntüləri təqdim edirik: