“İtin anası mənəm” – Rəqsanə

itin-anasi-menem-reqsane
Oxunma sayı: 750

Müğənni Rəqsanənin “Qafqazinfo”ya müsahibəsi:


- Eşitdiyimizə görə Türkiyəyə gedirsiz və orda onlarının şou-biznesinə qatılacaqsız. Bu barədə danışardız?

- Yox, mənim Türkiyə şou-biznesinə qatılmaq fikirim yoxdur. Mən ora gedib Azərbaycan tamaşaçıları üçün iş görürəm. Vətənimdə qazandıqğım uğuru və qazandaığım pulu heç vaxt Türkiyədə əldə edə bilmərəm. Mən xalqımı çox istəyirəm. Başqa bir ölkədə tanınmağa ehtiyacım yoxdur.

- Hazırda Türkiyədə iş görürsüz, ordakı sənət adamlarının içindəsiz. Orda bizim müğənnilərmizi tanıyana rast gəldiniz?

-Yox, Türkiyədə bizim müğənnilərimiz tanıyan görmədim. Bir, Brilliant Dadaşova və Aygün Kazımovanın adını eşitdim. Onu da iş gördüyüm insanlardan. Röyanın adını eşitmədim.

- Bəs “Türkiyədə 70-80 min manata klip çəkdik” deyənlər düz söyləyirlərmi. Türkiyədə bu məbləğə başa gələn klipə rast gəldinizmi?

- Mən bilmirəm Türkiyədən gələn müğənnilərimiz nəyə görə belə gəlib deyirlər. Orada bir çox tanımış rejissorlar və aranjımançılarla görşdüm. Belə şey yoxdur. Türkiyədə 70-80 min manata klip çəkən yoxdur. 70-80 min manta sadəcə dünya ulduzlarının klipindən çəkmək olar. Onu da deyim ki, Türkiyədə aranjıman çox zəifdir. Ona görə də bizim buradan gedən müğənniləri də tez qəbul edirlər. Orda qiymətlər də çox münasibdir. İnanın ki, bizdə mahnı aranjimanı ordakından daha bahadır.

- Aygün Kazımova 70 minə klip çəkdirdiyini dedi. Budamı yalandır?

- Aygün xanımın klipi haqqında heç bir söz deyə bilmərəm. Amma mən tanıdığm insanların hamısı Türkiyədə sözünü demiş sənət işçilərdir, onlar belə şey yoxdur deyirlər. Mən Sibel Canın, Tarkanın klipini çəkən insanla görüşdüm və onlar mənə dedilər ki, bizdə 70-80 min dollara başa gələn klip yoxdur. Orda çox tanınan bəstəkarlar var, bax onlardan mahnı almaq bahadır.

- Türkiyəli bəstəkarlardan neçə mahnı almaq fikriz var?

- Mən Türkiyədə heç bir bəstəkara müraciət etmədim. Çünki mən orda hazırladığım albomda 10 mahnı var 10-nun da söz və musiqisi özümə aiddir. İnanın ki, orda studiyada mənim mahnımı eşidəndə dedilər ki, siz bu mahnıları burda satsanız çox yaxşı pul qazanarsız. Çox bəyəndilər. Ona görə də mənim orada mahnı almağıma ehtiyacım yoxdur. Amma istərdim ki, Sezen Aksudan mahnım olsun. Çünki onun əsərləri daha gözəl və yadda qalan olur. Hətta mənim bir mahnım vardı, təklif olundu onu Türkiyənin tanınmış müğənnisi Kibariyəyə satım, razı olmadım.

- Bir şey var telekanallarda və mətbuatda müğənniləri pis tərəfləri müzakirə olunada birnci Rəqsanənin adı halanır. Bu nədən irəli gəlir?

- Bilirsiz ona görə ki, Rəqsanənin nəyi var, nə yox hamısı göz qabağındadır. Nə var dilimdədir. Çıxıb yalandan danışmıram ki, efirlərdə. Heç nəyimi tamaşaçılardan gizlətmirəm. Səmimi şəkildə, nə var deyirəm. Çoxu deyir sən səmimiyyətdən istifadə edirsən, yox, əsla. Baxın, biri gedir üzün, qaşın dartırır, çıxır efirə deyir yalandır mən əməliyyat elətdirməmişəm. Mən gedirəm əməliyyat etdirirəm, çıxıram efirə deyirəm “hə plastik cərahiyyə olundum”. Belədə ki, mənim qorxacaq yerim yoxdur. Çıxıram efirə, deyirəm mən plastik əməliyyata gedirəm, əcəb edib elətdirirəm. Çünki, mən efir adamıyam, müğənniyəm.

- Qızınız, Aysunun işləri necədir?

- Bu gün axşam , Aysunla 2 saatdan çox telefonda danışmışam. Şükür allaha, qızımı işləri çox yaxşıdır. Mən Türkiyədən birbaşa təyyarə ilə Moskvaya uçdum. Orda el şənliklərinin birnə qatıladım. Aygün Kazımova, Elton Hüseynəliyev, Fərda, Elməddin də orda idi. Ordan da getdim Aysunun yanına ona lazım olan bazarlıqları etdim. Cəmi bir gün görə bildim onu. Sonra qayıtdım vətənə.

- Aygün Kazımova və Eltonla aranızda küsülülük olduğu deyilirdi. Yəni siz iki münasibətiz olmayan müğənnilərlə bir araya gəldiz?

- Yox, mənim Aygün Kazımova ilə münasibətim həmişə yaxşı olub. Orda da çox gözəl gecəmiz keçdi. Hətta Aygün xanımla şəkil də çəkdirdik. Eltonla aramızda bir az anlaşılmamazlıq oldu. Bəzi insanlar istədilər bizim aramızı vursunlar. Amma biz Eltonla görüşdük hər şeyi aydınlaşdırdıq. Hazırda çox yaxşı dost münasibətimiz var.

- Rəqsanədən insanları təəccübləndirici bir xəbər varmı?

- Mən bir şeyi açıqlamaq istəyirəm. Bu yaxınlarda ziyarətə gedirəm. 7 günlük həcc ziyarətində olacağam. Mən demirəm ora gedib hacıxanım olum. Sadəcə ziyarətə gedirəm.

- Həcc ziyarətinə gedən insanlar istəməsələr də o adı alırlar?

- Mən molla ilə danışdım. Belə bir şey var ki, ora gedirsən amma hacıxanım adını götürmürsən üstünə. Sadəcə ziyarət edib gəlirsən. Mən hələ hazır deyiləm hacıxanım adının üstümə götürməyə. Çünki bizim hamımızın günahı var. Mən həccə gedib gələndən sonra müğənniyəm, içkili məclislərdə oluram, açıq-saçıq geyinim, dırnaq uzadım hacıxanım adını üstümə götürüb bu günaha bata bilmərəm. Haçansa müğənnilik sənətindən getsəm, ev qadını olasam, onda hacıxanım adının götürərəm üstümə.

- Şəxsi həyatınızda nə kimi yeniliklər var və sevgilinizlə münasibətiniz hazırda necədir?

- Sevgilimlə münasibətlərim çox yaxşıdır. Sevgilim bu yaxınlarda mənə bir it də hədiyyə edib adı da “Tomi”dir. Atası odur, anası da mən. İsmayılova Tomi Rəqsanə oğlu.

- Rəqsanə hazırda kimlər tərəfindənsə yenidən hədələnirmi və kimlərsə tərəfindən döyüldüyü düzdürmü?

- Yox, elə şey yoxdur. Heç kim tərəfindən döyülməmişəm. Sadəcə olaraq maşınıma təpik vurmuşdular. Həyatımda her şey yaxşıdır. Mən bu haqqda mətbuata açıqlama vermişəm artıq. Yenidən açmağın mənası yoxdur.

Aynur Babayeva