İtkin düşən 13 yaşlı məktəbli tapıldı - Yenilənib

itkin-dusen-13-yasli-mektebli-tapildi
Oxunma sayı: 7681

Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, şəhərin 12-ci mikrorayon ərazisində yaşayan E.Q repetitor yanına getmək üçün evdən çıxıb. Ancaq müəllimi zəng edərək yeniyetmənin dərsə gəlmədiyini bildirib. Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.

Evdən çıxarkən onun əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.

*** 

İtkin düşən yeniyetmə tapılıb. Onun Bakı bulvarı ərazisindən tapıldığı qeyd olunur.

***

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Sumqayıtda itkin düşən 13 yaşlı Q.E-la bağlı məlumat yayıb. O bildirib ki, yeniyetmə paytaxtın Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapılıb.

Hazırda Sumqayıt şəhərinə aparılır, ailəsinə təhvil veriləcəkdir.