Bu sözləri jurnalistlərə açıqlamasında Vergilər nazirinin birinci müavini Natiq Əmirov Kinematoqrafçılar İttifaqında aşkar edilən vergidən yayınma məsələsinə münasibət bildirərkən deyib. Nazir müavini qeyd edib ki, İtiifaqda yoxlamalar zamanı vergi qanunsuzlaqları aşkarlanıb: “Qeyd edim ki, Kinematoqrafçılar İttifaqı ilə bağlı araşdırmalara 2012-cil in ortalarından başlanılıb. Yoxlamalara başlamazdan 15 gün əvvəl onlara bildirdik ki, sənədləri qaydasına salın. 2012-nin sonunda isə yoxlama aparıldı. Hazırda Lalə Əfəndiyeva haqda cinayət işi açılıb. İstintaq davam edir. Bu məsələni siyasiləşdirmək lazım deyil”.
Gülnar