İttiham edildiyi maddələr bunlardır - Siyahı

ittiham-edildiyi-maddeler-bunlardir
Oxunma sayı: 8852

Xəbər verdiyimiz kimi, qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” olmuş Arayik Harutyunyan cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun məlumatına görə, A.Harutyunyana Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham irəli sürülüb.

Çoxsaylı cinayət əməllərində ittiham olunan Arayik Harutyunyanı hansı cəza gözləyir?

 Harutyunyanın ittham olunduğu maddələrin cəza sanksiyaları aşağıda göstərildiyi kimidir:

- Cinayət Məcəlləsinin 100-cü (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma) - Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur;

- Cinayət Məcəlləsinin 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) - 10 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilmə nəzərdə tutulur;

- Cinayət Məcəlləsinin 117-ci (Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə) - 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilmə nəzərdə tutulur;

- Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluq) - 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilmə nəzərdə tutulur;

- Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) - 10 ildən 14 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur;

- Cinayət Məcəlləsinin 214-3-cü (Terrorçuluq məqsədi ilə təlim keçmə) – 9 ildən 12 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur;

- Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) – 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilmə nəzərdə tutulur;

Cinayət Məcəlləsinin 218-ci (Cinayətkar birlik yaratma) – 10 ildən 15 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur;

- Cinayət Məcəlləsinin 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) - 12 ildən 20 və ya ömürlük azadlıqdan məhrum edilmə nəzərdə tutulur.

Cinayət əməllərinin xüsusilə ağırlığını nəzərə alsaq, qeyd olunan cəzalar toplanaraq A.Harutyunyana yekun olaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər.