İTV-nin iki departament rəhbəri işdən çıxarıldı - Təyinatlar

itv-nin-iki-departament-rehberi-isden-cixarildi
Oxunma sayı: 648

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.

“Qafqazinfo”nun BakuPost.az-a istinadən məlumatına görə, şirkətin informasiya departamentinin direktoru Telman Məmmədov (Nəzərli) vəzifəsindən çıxarılıb. Onun yerinə departamentin direktor müavini Ələsgər Vəliyev təyin edilib.

Daha bir dəyişiklik isə Gənclər, elm və təhsil departamentində olub. Məlumata görə, departamentin rəhbəri Zaur Mahmudov postundan uzaqlaşdırılıb. Bu vəzifəyə "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Rauf Rəcəbov gətirilib.

Məlumat üçün bildirək ki, T.Məmmədov Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamına əsasən  televiziya və radio sahəsində xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.