İvanka atasının qeyri-rəsmi məsləhətçisi oldu

ivanka-atasinin-qeyri-resmi-meslehetcisi-oldu
Oxunma sayı: 635

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp rəsmi dövlət işçisi olaraq Ağ Evdə çalışacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, işi müqabilində 35 yaşlı xanım Tramp maaş almayacaq. Vəzifəsi isə “prezidentin xüsusi köməkçisi” adlanacaq. Bunun üçün İvankaya artıq Ağ Evdə kabinet də ayrılıb. 

İvanka Tramp ABŞ prezidentinin qeyri-rəsmi məsləhətçisi olması ilə bağlı ünvanına yönələn tənqidlərə belə cavab verib:

“Mən xüsusi şəxs kimi bütün etik normalara könüllü riayət edərək prezidentin məsləhətçisi olacam, digər federal xidmətçilər kimi eyni qanunlara tabe olacağam”.