İzmirdə hərbi helikopter təcili eniş edib

izmirde-herbi-helikopter-tecili-enis-edib
Oxunma sayı: 1166

Türkiyənin İzmir şəhərində hərbi helikopter təcili eniş edib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Çiğli aviabazasından havaya qalxan helikopter texniki nasazlıq səbəbindən Bademler kəndində eniş edib. 

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı şəxs xəstəxanaya çatdırılıb.