Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, siyasətçi Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Jirinovskinin səhhətindəki problemin nədən ibarət olduğu açıqlanmayıb.
***
“TASS”ın siyasi dairələrdəki mənbələrinə istinadən verdiyi məlumata görə, Jirinovski artıq bir neçə gündür ki, Mərkəzi Klinik Xəstəxanadadır. 75 yaşlı siyasətçinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
“Mash”in məlumatına görə, Jirinovskinin xəstəxanaya yerləşdirilməsinə səbəb onun koronavirusa yoluxması olub. Onda ikitərəfli pnevmaniya aşkar olunub. Məlumata görə, rus siyasətçinin ağciyərlərinin 50-75%-i zədələnib.
***
"Ura.ru"nun məlumatına görə, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən V.Jirinovski süni nəfəs aparatına qoşulub.
Deputatın durumu ilə bağlı başqa təfərrüat verilməyib.
Son xəbərlər
Son Xəbərlər