Jirinovskinin ölüm xəbəri yayıldı - Yenilənib

jirinovskinin-olum-xeberi-yayildi
Oxunma sayı: 10880

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 75 yaşlı siyasətçi koronavirusdan müalicə olunduğu Moskva klinikalarından birində vəfat edib. 

***

Senator Aleksandr Pronyuşkin Teleqram kanalında Jirinovskinin öldüyünü bildirsə də, daha sonra yazdığı postu silib.

Öz növbəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin LDPR liderinin dünyasını dəyişmədiyini, lakin vəziyyətinin ağır olduğunu bildirib və Jirinovskinin sağalmasını arzulayıb.