"Qafqazinfo" xəbər verir ki, jurnalistin atası Telman Qəmbərov bu gün yol qəzasında dünyasını dəyişib. Hadisə bu gün səhər saatlarında Mingəçevir avtovağzalı yaxınlığında baş verib. Belə ki, 8 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu “VAZ-2109” markalı avtomobillə toqquşub. Qəzada A. Elgünəşin atası ilə yanaşı hələ ki, kimliyi məlum olmayan bir nəfər də vəfat edib.
Qeyd edək ki, jurnalistin atasının 70-dən çox yaşı olub.
Son xəbərlər
Son Xəbərlər