Kadir İnanır xəstəxanaya yerləşdirildi

kadir-inanir-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 3672

Türkiyənin məşhur aktyoru Kadir İnanır xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, 74 yaşlı “Yeşilçam”ın ulduzu bu gün səhər saatlarında Beykozdakı evində insult keçirib. Kadir huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Qeyd edək ki, 2021-ci ildə də Kadir İnanırın səhhətində problem yaranmışdı.