Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi

kadir-inanir-yeniden-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2361

Türkiyənin məşhur aktyoru Kadir İnanırın səhhəti yenidən pisləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, 75 yaşlı sənətçi bu gün xəstəxanaya yerləşdirilib. Hələlik aktyorun səhhəti ilə bağlı heç bir açıqlama verilmir.

Qeyd edək ki, 2021-ci ildə Kadir İnanırın səhhətində problem yaranmışdı. Aktyorun beyin damarında laxtalanma olmuşdu. Sonuncu dəfə aktyor mart ayında xəstəxanaya yerləşdirilmişdi.