Kafedən çıxıb itkin düşmüşdü, meyiti tapıldı - Foto

kafeden-cixib-itkin-dusmusdu-meyiti-tapildi
Oxunma sayı: 4386

Sumqayıt şəhərində itkin düşən şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, itkin düşmüş şəxs kimi axtarılan 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun meyiti Ceyranbatan qəsəbəsi yaxınlığında su kanalında aşkar edilib.

Meyit üzərində ölümə səbəb ola biləcək xəsarət aşkar edilməsə də, üz nahiyəsində sıyrıqlar müəyyən edilib. R.Abdullayevin meyiti daxili müayinədən keçirilməsi üçün ekspertizaya təqdim edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl DİN Rüfət Abdullayevin itkin düşməsi barədə məlumat yayıb. Bildirilib ki, R.Abdullayev fevralın 4-də “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.