Kamal Abdulla nazirlə ADU-ya gəldi - Foto

kamal-abdulla-nazirle-adu-ya-geldi
Oxunma sayı: 2543

Dünən prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dillər Universitetinə rektor təyin edilən Kamal Abdulla bu gün kollektivə təqdim olunacaq.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə Təhsil naziri Mikayıl Cabbarovun da iştirakı gözlənilir.

Qeyd edək ki, Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru olub. Daha sonra, o, ölkə başçısının sərəncamı ilə prezidentin multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin olunmuşdu.

***

Hazırda ADU-da olan əməkdaşımızın məlumatına görə, artıq Kamal Abdulla kollektivə təqdim olunmaq üçün universitetə gəlib. O, universitetə Təhsil naziri Mikayıl Cabbarovla gəlib.

Foto: Kamil Əmirli