Kamal Umudlu Konfrans Liqasına təyinat aldı

kamal-umudlu-konfrans-liqasina-teyinat-aldi
Oxunma sayı: 755

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Huseynov və Vüsal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.