Kamçatkada onlarla zəlzələ qeydə alınıb

kamcatkada-onlarla-zelzele-qeyde-alinib
Oxunma sayı: 701

Kamçatkanın şimalında baş vermiş güclü seysmik hadisədən sonra seysmoloqlar orada onlarla zəlzələ qeydə alıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətindən məlumat verilib.

“Zəlzələlərin ocağı Kamçatkanın şimalında cümə axşamının axşamından qeydə alınır. Onlar Olütor rayonunun ərazisində baş verir. Ən güclülərinin maqnitudası 4,1 baldan 5,9 baladək təşkil edib”, - Xidmətin nümayəndəsi deyib.

Tələfat və dağıntı yoxdur.