Kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara - MSK-dan cavab

kameralarin-uzerinin-ortulmesi-ile-bagli-yayilan-fotolara
Oxunma sayı: 9133

Mərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.

Komissiyanın mətbuat katibi Şahin Əsədli "Qafqazinfo"ya bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyatı yoxdur: “Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də, bütün seçkilərdə təhlükəsizlik kameralarının ağzı bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir".

Günel Türksoy