Kapadokya səması türk bayraqları ilə örtüldü - Foto

kapadokya-semasi-turk-bayraqlari-ile-ortuldu
Oxunma sayı: 2387

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü qeyd olunur.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, milli bayram münasibətilə Türkiyənin tarixi və mədəni zənginliyi ilə tanınan Kapadokya bölgəsində hava şarları türk bayraqları və Atatürkün posterləri ilə havaya qalxıb.

Hava şarları UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Kapadokya səmasında təxminən 45 dəqiqə uçub.

Turizm mütəxəssisi Mehmet Dinler jurnalistlərə açıqlamasında bölgədəki bütün şar operatorlarının həmin gün şarlarını bayraqlarla bəzədiyini bildirib.