Karantin xəstəxanasının baş direktorundan əhaliyə müraciət

karantin-xestexanasinin-bas-direktorundan-ehaliye-muraciet
Oxunma sayı: 21537

"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalini düşünərək verilmiş bir qərardır". 

"Qafqazinfo" xəbər verir ki, bunu Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn "REAL TV"-yə açıqlamasında deyib.

Emin Hüseyn tövsiyə edib ki, vətəndaşlar kütləvi yerlərdən uzaq olsunlar:

"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-na qədər bütün tədris müəssisələri bağlı olacaq.