Karantini pozanlar polisi görüb evlərinə qaçdı - Video

karantini-pozanlar-polisi-gorub-evlerine-qacdi
Oxunma sayı: 16722

Bakıda karantin qaydalarını pozan sakinlər Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarını görüb evlərinə doğru qaçmağa başlayıblar.

“Qafqazinfo”nun məlumatına görə, həmin anın videosu sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində  2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Qeyd olunan şəhərlər və rayonun   ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.