Keçmiş arvadını küçədə görüb bıçaqladı

kecmis-arvadini-kucede-gorub-bicaqladi
Oxunma sayı: 1726

Ağcabədi rayonunda kişi keçmiş arvadını bıçaqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 30-u saat 19 radələrində rayonun Rəncbərlər  kəndində baş verib.

1983-cü il təvəllüdlü Müşfiq Bayramov kəndin ərazisində küçədə  keçmiş arvadı, 1988-ci il təvəllüdlü Sevinc Həsənova ilə rastlaşıb. Bu zaman onların arasında mübahisə sonda cinayətlə nəticələnib. M.Bayramov münaqişə zamanı üzərində olan mətbəx bıçağı ilə keçmiş arvadına bir neçə bıçaq zərbəsi vurub. S.Həsənova xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

M.Bayramov şübhəli şəxs qismində tutulub, istintaq aparılır.

Murad Əhməd