Kələxana türbələri dövlət mühafizəsinə götürüldü

kelexana-turbeleri-dovlet-muhafizesine-goturuldu
Oxunma sayı: 2104

“Şamaxı rayonunun Kələxana kəndində yerləşən “Türbələr kompleksi” (səkkiz ədəd) yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb”.

Bu barədə “Qafqazinfo”ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

O bildirib ki, türbələr XVII əsrdə inşa olunub:

“Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər.

“Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”.

Qeyd edək ki, Kələxana türbələri Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib.