Kənan Berenin doğum gününü belə təbrik etdi - Foto

kenan-berenin-dogum-gununu-bele-tebrik-etdi
Oxunma sayı: 2112

Türkiyəli müğənni Kənan Doğulu həyat yoldaşı, aktrisa Beren Saatı doğum günü münasibətilə təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, o, İnstaqram hesabında Berenin həm tək, həm də onunla bərabər çəkdirdiyi fotosunu paylaşaraq, bunları yazıb:

“Səni sevməyi çox sevirəm, sevgilim. Yaxşı ki, varsan, yaxşı ki, doğulmusan və səninlə yaşamaq fürsətim olub. Daha bir gözəl yaşın olsun, üzün həmişə gülsün”.

Qeyd edək ki, fevralın 26-da Beren Saatın 36 yaşı tamam olub.