Kənan üşüyən xanımının qayğısına qaldı - Fotolar

kenan-usuyen-xaniminin-qaygisina-qaldi
Oxunma sayı: 4170

Aktyor Kənan İmirzalıoğlu ilə aktrisa həyat yoldaşı Sinem Kobal restoranların birinə gedərkən görüntülənib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, toy mərasiminə qatılan cütlük jurnalistlərin suallarını cavablandırıb. Sinem gecə üçün sinə dekoltəli və uzun yarıqlı libas seçimi edib. Müxbirlərlə danışan Kənan “Sinemi üşütməyək” deyərək onunla birlikdə məkana daxil olub.

Bir müddət sonra məkandan çıxan cütlük kameralarla yenidən qarşılaşıb. İmirzalıoğlunun pencəyini üşüyən xanımına verməsi diqqət çəkib.