Keniyada turist təyyarəsi qəza etdi - Sağ qalan olmadı

keniyada-turist-teyyaresi-qeza-etdi
Oxunma sayı: 1340

Keniyada safari qoruğuna turist aparan təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Bildirilib ki, ölənlər arasında səkkiz macar sərnişin, iki alman və keniyalı pilot olub. Qəza zamanı bir nəfər belə sağ qalmyıb.

Keniyanın Yollar və Nəqliyyat Nazirliyi bildirib ki, təyyarə qəzanın təsiri və sonradan baş verən yanğın nəticəsində məhv olub.

Qeyd edilib ki, ölkənin təyyarə qəzasının təhqiqat şöbəsinin müstəntiqləri araşdırmaya başlamaq üçün hadisə yerinə göndərilib.