Kennedinin nəvəsinin meyiti tapıldı - Video

Kennedinin nəvəsinin meyiti tapıldı
Oxunma sayı: 2880

ABŞ-da polis mərhum senator Robert Kennedinin itkin düşmüş nəvəsi Meyvin meyitini tapıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “CBS Baltimore” telekanalı xəbər verib.

Polis Meyvin cansız bədənini bazar ertəsi saat 17:30 radələrində onun anasının evindən 4 kilometr aralıqda aşkarlayıb.  

Meyvlə bərabər itkin düşən oğlu Qideonun cəsədi isə hələlik tapılmayıb, axtarışlar davam etdirilir.

Xatırladaq ki, aprelin 3-də 40 yaşlı Meyv Kennedi Tausend Makkin və onun 8 yaşlı oğlu Qideon Cozef Kennedi Makkinin itkin düşmələri barədə xəbər verilmişdi. Onlar aprelin 2-də Çesapik körfəzində kanoedə üzərkən itkin düşmüşdülər. Məlumatı itkinin həyat yoldaşı Devid Makkin təsdiqləmişdi. Makkinin sözlərinə görə, uşaqlar sahilyanı evdə topla oynadığı vaxt o, suya düşüb. Onun həyat yoldaşı və oğlu topu götürmək üçün kanoeyə əyləşiblər və, ola bilsin, çox uzağa gediblər və geri dönə bilməyiblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi