Kerobyan barəsində ev dustaqlığı qətimkan tədbiri seçildi

kerobyan-baresinde-ev-dustaqligi-qetimkan-tedbiri-secildi
Oxunma sayı: 2045

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan barəsində 2 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib. 

Kerobyana əsas olaraq evini tərk etmək, kimisə qəbul etmək və yaxud kənar şəxslərlə ünsiyyət qadağan edilib. 

Xatırladaq ki, V.Kerobyan fevralın 14-ü istefa verib. O, fevralın 15-i dindirilmək üçün Ermənistanın İstintaq Komitəsinə çağırılıb və ona qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək” maddəsi ilə ittiham irəli sürülüb.