“Kia” yandı, ölən var

kia-yandi-olen-var
Oxunma sayı: 2413

Sabirabad rayonunun Bulduq kəndində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə "Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.