“Kimsə qarşıma çıxıb evlilik təklif etsə...” - Suli

kimse-qarsima-cixib-evlilik-teklif-etse-suli
Oxunma sayı: 728




- Çempionlar Liqasının ilk oyununda «Neftçi»nin rəqibi Gürcüstan çempionu «Zestafoni» oldu. Bundan xəbəriniz var idi?
- Açığı, oyunu izləməyə imkanım olmadı. Amma Gürcüstan komandası ilə “Neftçi”nin qarşılaşacağını bilirdim. Eşitdiyimə görə, çox maraqlı oyun keçib.

- Birinci oyunda «Neftçi» Bakıda «Zestafoni»ni 3:0 məğlub etdi. Bu, sənə pis təsir etmədi ki?
- Yox, özüm gürcü olsam da, komandamızın məğlubiyyəti məni üzmədi. Əsas odur ki, qələbəni güclü qazandı. Düz, oyunun nə vaxt baş tutacağını da bilmirdim. Yoxsa, matçı izləmək istərdim.

- Səncə, Gürcüstan komandasının belə böyük hesabla məğlubiyyətinə nə səbəb oldu?
- Azərbaycan Gürcüstanın bütün güclü oyunçularını alıb. Azərbaycanın futbol komandalarının əksər oyunçuları gürcülərdən ibarətdi. Artıq Gürcüstanda futbolçu qalmayıb, hamısı Azərbaycandadır (gülür).

- Siz xeyli vaxtdır Azərbaycandasınız. Hətta müsəlmanlığı da qəbul etmisiniz. Bura sizə doğma ölkədir. Bugünkü cavab oyununda kimə azarkeşlik edəcəksiniz? «Neftçi»yə, yoxsa, «Zestafoni»yə?
- Mən «Neftçi»nin qalib olacağını hiss edirəm. Məncə, hesab 3:1 «Neftçi»nin xeyrinə nəticələnəcək.

- Ümumiyyətlə, futbolla maraqlanırsınız?
- Yox, futbol fanatı deyiləm. Amma hərdən bəzi oyunları izləyirəm.

- Azərbaycan futbolçularından kimləri tanıyırsınız?
- Heç kimi tanımıram. Heç bir futbolçu ilə tanışlığım yoxdur.

- Bəs, dünya ulduzlarından bəyəndiyiniz oyunçular kimlərdir?
- Bekhemi çox xoşlayıram. Mənim maraqlı xüsusiyyətim var… Futbolçuların adlarını bilmirəm, amma üzdən tanıyıram.

- Klublarımızın növbəti oyunlarını stadiondan izləmək istərdinizmi?
- Stadionda futbol izləməyi heç sevmirəm. Çünki azarkeşlər çox səs-küy salırlar. Əgər sakit keçsə, əlbəttə, mən də izləmək istərdim.

- Futbolçu ilə ailə həyatı qurardınız?
- Bu, qismətdir… Əgər kimsə qarşıma çıxıb evlilik təklif etsə və mən onu sevsəm niyə də olmasın?!