Bu dəfə rəqibi Həmidə Ömərova oldu - Seçki başlayır - Fotolar

bu-defe-reqibi-hemide-omerova-oldu
Oxunma sayı: 1027

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) konfransı keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan konfransın gündəliyində əsas məsələ sədr seçkisidir. 

Daha əvvəl Xalq artisti Şəfiqə Məmmədovanın qarşıdakı konfransda İttifaqın sədri vəzifəsinə irəli sürüləcək yeganə namizəd kimi yekdilliklə seçildiyi məlum olmuşdu.

AKİ-nin bir sıra üzvləri isə ötən axşam sədr vəzifəsinə Azərbaycanın Xalq artisti Həmidə Ömərovanın namizədliyini irəli sürüb. 

Qeyd edək ki, AKİ-nin sədri Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Bundan sonra AKİ sədrinin səlahiyyətlərini 81 yaşlı Şəfiqə Məmmədova icra edib. Qurumun katibi olan 52 yaşlı Əli İsa Cabbarovun da namizədliyi irəli sürülmüşdü. Ötən ay isə o, namizədliyini geri çəkdiyini və işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini bildirmişdi. Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. 

Lamiyə Məmmədova