Klub prezidenti intihar etdi

klub-prezidenti-intihar-etdi
Oxunma sayı: 648

“Qafqazinfo”nun “Stadium.az” saytına istinadən verdiyi xəbərə görə, Macarıstan Futbol Federasiyası İdarə heyətinin də üzvü olan Robert Kutasinin "REAK"ın 8 futbolçusunun həbs olunması səbəbiylə intihar etdiyi açıqlanıb. 47 yaşlı Kutasinin özünü yüksək bir binanın üzərindən ataraq həyatına son verdiyi bildirilib.

O, dünən həbslərlə bağlı açıqlama verərkən artıq ölümü barədə sözlər deyib: "Mən artıq ölmüşəm. Klubumda güvəndiyim insanlar məni arxamdan vurdu. Mən sapand ataraq döyüşərkən qarşımdakının əlində raketatan var imiş. Məğlubiyyəti qəbul edirəm".