KOBİA-nın Ağsudakı tədbirində “Azərişığ”ın əməkdaşları iştirak etdi - Foto

kobia-nin-agsudaki-tedbirinde-azerisigin-emekdaslari-istirak-etdi
Oxunma sayı: 18

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Ağsuda “Ticarət və xidmət sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Vergi Xidməti, “Azəriqaz” İstehsalat Birliyi, İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan Regional Bölməsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Banklar Assosiasiyası, Müvəkkil kredit təşkilatları ilə yanaşı “Azərişıq” ASC-nin müvafiq qurumları iştirak edib.

“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Ağsu Elektrik Şəbəkəsinin (EŞ) rəisi Müşviq Heybətov tədbirdə iştirak edən 30-dək sahibkarla ticarət və xidmət sahəsində yaranan və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Bir çox problemlər yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.

Qeyd edək ki, “Azərişıq” ASC fermer və sahibkarların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir. Onların təklif-tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır.