Ermənistanın ikinci prezidenti Robert Koçaryan növbəti parlament seçkilərində yenidən mübarizə aparacaq.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, “Ermənistan” bloku seçkilərə Koçaryanın liderliyi ilə qatılacaq.
Bu barədə məlumatı parlamentin müxalif “Ermənistan” fraksiyasının deputatı Anna Qriqoryan təsdiqləyib.
Baş nazirliyə namizədliyi irəli sürülən eks-prezident bu addımını ölkənin maraqları ilə əsaslandıraraq maraqlı bir etiraf edib:
“Əslində, mənim üçün bu, vəzifədə yüksəliş deyil, vəzifədən aşağı düşmədir, amma biz vətən naminə hər şeyə hazırıq. Bəzən verdiyim qərarların doğruluğunu sorğulasam da, mövcud vəziyyətdə geri çəkilməyəcəyəm”.
Xatırladaq ki, onun rəhbərlik etdiyi blok 2021-ci il seçkilərində 21,09 faiz səs toplayaraq parlamentdə təmsil olunmaq hüququ qazanmışdı. Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər