Koronavirusa qarşı ən effektiv dərman açıqlandı

koronavirusa-qarsi-en-effektiv-derman-aciqlandi
Oxunma sayı: 10822

Çin tibb mütəxəssislərinin COVİD-19 xəstələrinin müalicəsində istifadə etdiyi “Favipiravir” antiviral dərmanının çox effektiv nəticələr göstərdiyi açıqlanıb.

“Qafqazinfo” “Guardian” informasiya agentliyinə istinadən xəbər verir ki, Çin həkimlərinin klinik sınaqları nəticəsində Yaponiya istehsalı “Favipiravir” antiviral pereparatının yüngül və orta simptomlu xəstələrdə sağalma müddətini 11 gündən 4 günə endirdiyi məlum olub. Yüksək hərarətli xəstələrdə isə dərmanın istifadəsi nəticəsində temperatur müddəti 4,2 gündən 2,5 günə enib. Bundan əlavə əldə olunan rentgen görüntüləri əsasında xəstələrin ağciyərlərində yaxşıya doğru əhəmiyyətli inkişaf müşahidə olunub.

Qeyd edək ki, 2014-cü ildən bəri Yaponiyada satışda olan dərmanın ən önəmli xüsusiyyətlərindən biri də əks təsirlərinin müşahidə olunmamasıdır.