Koronavirusa tutulan 23 yaşlı xəstənin vəziyyəti ilə bağlı - Rəsmi açıqlama

koronavirusa-tutulan-23-yasli-xestenin-veziyyeti-ile-bagli
Oxunma sayı: 7435

Koronavirus təhlükəsinə görə yaradılan Operativ Qərargah daha bir məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, koronavirusa yoluxanların sayında artım yoxdur:

"Dünən də qeyd etdiyimiz kimi, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir. Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq.

Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

Qeyd edək ki, Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktı dünən qeydə alınıb. 1997-ci il təvəllüdlü xəstə xüsusi boks vəziyyətində saxlanılır.